Şabran sakininin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb
10:07 21 Aprel 2020
Şabranda 36 yaşlı kişinin bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanıb.
Femida.az -ın məlumatına görə, hadisə ötən gün rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Elnur Bağırov şəxsi münasibətlər zəminində həmkəndlisi Hüseyn Eyyubov tərəfindən bıçaqlanıb.
Yaralı Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Şabran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Oxunub: 589
Oxşar xəbərlər
- Şabranda yol qəzasında 3 nəfər ölüb
- Şabranda 25 yaşlı gənc qətlə yetirilib
- Şabranda narkotik əməliyyatı: 2 nəfər həbs edilib
- Şabranda narkotacir saxlanılıb
- Şabranda 16 yaşlı gənc itkin düşüb
- Şabranda oğul anasını döyə-döyə öldürüb
- Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var
- Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Şabranda 39 yaşlı qadın dəm qazından zəhərlənib
- Şabranda iki bacı dəm qazından zəhərləniblər