Ötən il Ombudsmana müraciətlərin sayı açıqlanıb


13:28     21 Aprel 2020 ombudsmanliq.jpg

2019-cu ildə Ombudsmanın ünvanına 25 500 müraciət daxil olub.

Femida.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün İnsan hüquqları komitəsində keçirilən iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatının müzakirəsi zamanı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

O bildirib ki, bu, ötən illə müqayisədə 25% çoxdur: “Təbii ki, şikayətlərin artmasının əsas səbəbi müvəkkilə olan inamın və müvəkkilin müdaxiləsi nəticəsində insan hüquqlarının təmini səviyyəsinin getdikcə yüksəlməsindən irəli gəlir. Bu gün müvəkkilə müraciət imkanları da olduqca genişdir. Ombudsman Aparatının ölkənin bütün regionlarını əhatə edən 4 regional mərkəzi var. Bu mərkəzlər vasitəsilə Ombudsman Aparatının özünə müraciət etmək, qəbula düşmək mümkündür. Eyni zamanda onlayn poçt, sosial şəbəkələr vasitəsilə müvəkkilə müraciət imkanları var. Bundan başqa, 24 saat fəaliyyət göstərən iki “Qaynar xətt” də var”.

Femida.az

Açar sözlər:

Oxunub: 503