Abituriyentlərə hərbi xidmətdən güzəştlər olunacaq? - AÇIQLAMA


15:58     21 Aprel 2020 2018/05/andicme_1525937367.jpg

"Hərbi xidmətlə əlaqəli güzəşti biz vermirik. Bu qanunla tənzimlənir”.

Femida.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, bu güzəştlər aidiyyəti dövlət qurumları tərəfindən verilir və DİM buna uyğun olaraq da qərar qəbul edir: "Bu il üçün bu sahədə hər hansı güzəştin olması nəzərdə tutulmur".

M.Abbaszadə onu da qeyd edib ki, keçid ballarını DİM müəyyənləşdirmir: "Müsabiqədə iştirak üçün şərtlər də Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Bu il də müəyyən ixtisaslarda müsabiqə vəziyyəti daha yüksək, bəzilərində də aşağı olacaq. Bunu da əvvəlcədən bilmək mümkün deyil".

Femida.az

Açar sözlər:

Oxunub: 499