Ölkədəki internet probleminin səbəbi açıqlandı


21:03     21 Aprel 2020 internet_keyboard-100042718-orig.jpg

Ölkəmizdə tətbiq edilən karantin rejimi ilə əlaqədar internetə olan təlabat bir neçə dəfə artıb.


Femida.az azvision.az -a istinadən xəbər verir ki, bunu "Delta Telecom" MMC-nin daxili xidmət rəhbəri Anar Gülməmmədov deyib.

Onun sözlərinə görə, ölkədə internetə tələbi nəzərə alaraq "Delta Telekom" tərəfindən yaranmış tələbatın ödənməsi üçün provayderlərin trafiki artılıb. Bu isə bütün istiqamətlərdə ehtiyyat (rezerv) xətlərdən istifadə olunmasına, eləcə də normadan artıq yüklənmələrə səbəb olur.

A.Gülməmmədov qeyd edib ki, yüklənmələr və baş verə biləcək digər neqativ halların vaxtında qarşısının alınması məqsədilə əməkdaşlar karantin rejiminin tələblərinə əməl etməklə 7/24 rejimində fəaliyyət göstərirlər.

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müxtəlif təşkilatlar (yol tikinti, ekologiya və. s) tərəfindən aparılan qazıntı işləri zamanı ehtiyyatsızlıq nəticəsində optik kabellərin zədələnməsi internetin verilməsində ciddi sıxıntılar yaradır, rezerv xətlərin yüklənməsi halında isə işləri daha da çətinləşdirir".

Qurum rəsmisi vurğulayıb ki, bu gün Bakı şəhərində əsən güclü küləyin fəsadlarının qarşısının alınması məqsədilə aidiyyati orqanlar tərəfindən yaşıllıqlarda aparılan profilaktik tədbirlər zamanı yeraltı optik kabel zədələnib.

"Əməkdaşlarımız tərəfindən dərhal həmin trafik müxtəlif ehtiyyat xətlərə yönləndirilsə də trafikdə sıxlıq yaşanıb və bəzi ərazilərdə internetdə donma və kəsinti kimi hallar müşahidə olunub. Əməkdaşlarımız tərəfindən kabelin tam bərpa olunması istiqamətində işlər həyata keçirilir və ən qısa zamanda işlər yekunlaşdırılacaq. Bir daha qazıntı işləri ilə məşğul olan təşkilatların nümayəndələrinin nəzərinə çatdırırıq ki, diqqətli olsunlar".

Femida.az

Açar sözlər: #internet  

Oxunub: 832