Azərbaycanlı diaspor nümayəndəsi koronavirusdan sağaldı
21:25 21 Aprel 2020
Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva koronavirusa qalib gəlib.
Femida.az xəbər verir ki, bu barədə M.Fətəliyeva "Facebook" səhifəsində məlumat yayıb. O, xəstəlikdən sağaldığını bildirib.
"Bir aydan çox sürən Covid-19 xəstəliyini artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim. Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dəva və dərmanlardan güclü oldu. Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühim olduğunu bir daha anladım.
Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.
Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riyayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq", - deyə M.Fətəliyeva qeyd edib.
Femida.az
Oxunub: 782
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib