Kommersiya qurumlarının sayı artıb


11:41     22 Aprel 2020 Yoxlama3may.jpg

Birinci rübdə ölkə üzrə kommersiya qurumlarının sayı 14 min 801 vahid (11,5 faiz) artaraq 128 min 132 vahid təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Femida.az -a verilən məlumata görə, qeyri-kommersiya qurumlarının sayı isə 15 min 555 vahid təşkil edib. İlk üç ayda onların sayı 625 vahid (4 faiz) artıb.

Yanvar-mart aylarında xidmət, ticarət, nəqliyyat sektorunda fəaliyyət göstərəcək hüquqi şəxslərin qeydiyyatda xüsusi çəkisi daha yüksək olub, sənaye, kənd təsərrüfatı və tikintidə çalışacaq hüquqi şəxslərin xüsusi çəkisi isə əksinə azalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 670