Karantindən sonra şəhid ailələri və müharibə əlillərinə evlər veriləcək


14:12     22 Aprel 2020 20_04_22_1587552980.jpg

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğuluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq.


Femida.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirlikdə videobağlantı formasında keçirilmiş kollegiya iclasında deyib.

Nazir bildirib ki, xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməlidir, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 820