Parlamentin aprelin 24-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib


17:53     22 Aprel 2020 milli-meclis211.jpg

Milli Məclisin aprelin 24-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

Femida.az -ın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ də gündəliyə daxil edilib.

Bununla aprelin 24-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 28-ə çatıb.

Açar sözlər:

Oxunub: 672