Bakıda polisi və hərbçini vuran sürücü yaxalandı - CİNAYƏT İŞİ AÇILIB


20:14     22 Aprel 2020 hebs_586.jpg

Bakıda karantin postunda polis və hərbçini vuran taksi sürücü barəsində cinayət işi başlanıb.




APA TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən sürücü barəsində cinayət işi açılıb, zəruri-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılan postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı X.Allahverdiyevi və Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.

Onlar Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdiriliblər, B.Abbasov saxlanılıb.


Açar sözlər:

Oxunub: 978