Bakının magistral yollarında sürət həddi azaldıldı


13:35     23 Aprel 2020 suret%20heddi.jpg

Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.


Bakı Nəqliyyat Agentliyindən Femida.az -a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi endirilib.

Qeyd olunub ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

Femida.az

Açar sözlər: #yol  

Oxunub: 496