BMT Baş katibindən müsəlmanlara Ramazan təbriki
15:28 23 Aprel 2020
BMT-nin Baş katibi Antonio Quterreş Ramazan ayının başlaması münasibətilə dünya müsəlmanlarına müraciət edib.
Femida.az xəbər verir ki, müraciətdə deyilir:
"Dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlanması münasibətilə ən xoş arzularımı çatdırıram.
Əlbəttə, builki Ramazan ayı fərqli olacaq.Təbii ki, COVID-19 pandemiyası ilə mübarizə tədbirləri yerli icmaların təşkil etdiyi bir çox tədbirlərin keçirilməsinə təsir göstərəcək.
Eyni zamanda, münaqişə zonalarında olan bir çox insan bu ayı yenə müharibələr və təhlükəli mühitdə qeyd edəcək.
Bu yaxınlarda mən dərhal qlobal atəşkəsin bərqərar olmasına dair çağırış etmişdim - ümumi mübarizəmizi virusu aradan qaldırmağa yönəltmək üçün.
Bu gün bu çağırışımı təkrarlayıram - Qurani-Kərimin "Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et” sözlərini xatırladaraq.
Ramazan ayı həmçinin əhalinin ən həssas təbəqələrini dəstəkləmək deməkdir. Öz inancları ilə yaşayan, İslam dininin qonaqpərvərlik və səxavət ənənələrinə riayət edərək münaqişələrdən xilas olanları dəstəkləyən müsəlman dünyasının hökumətlərinə və xalqlarına təşəkkürümü bildirirəm.
Bu, COVID-19 virusu başlamazdan əvvəl də müdafiəyə ehtiyacı olanlar üçün bir çox qapıların bağlı olduğu dünyaya diqqətəlayiq bir nümunədir. Bir daha bu çətin günlərdə hər kəsə mərhəmət, həmrəylik və şəfqət arzulayıram. Ramazan ayınız mübarək".
Femida.az
Oxunub: 470
Oxşar xəbərlər
- BMT-nin Baş katibi Ukraynada səfərdədir
- BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır
- BMT: Ukraynada müharibə azı 4 509 mülki şəxsin həyatına son qoyub
- BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib
- BMT Ukraynada mümkün nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib
- BMT yoluxucu xəstəliklərin yayılma riski barədə xəbərdarlıq edib
- BMT baş katibi Ukraynaya səfər edib
- Putin BMT baş katibi ilə görüşüb
- Ukrayna BMT-dən Mariupoldan dəhliz ayırmağı tələb edib
- BMT-nin baş katibi Ukraynaya səfər edəcək