Azərbaycan və Moldova XİN başçıları telefonla danışdı


18:50     23 Aprel 2020 XIN.jpg

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.


Femida.az xəbər verir ki, tərəflər Moldova və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin hazırki durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə etmişlər.

Eyni zamanda tərəflər hazırki mövcud vəziyyətə də toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparmışlar.

Aparılan telefon danışığı zamanı Azərbaycan və Moldovanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunmuş və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilmişdir.

Sonda Nazir həmkarını Azərbaycana rəsmi səfərə dəvət etmiş və o, dəvəti məmnunluqla qəbul etmişdir.

Femida.az

Açar sözlər:

Oxunub: 657