XİN onu “qara siyahı”dan çıxardı


16:02     03 Dekabr 2015 1I87K9eVK8gQ91.jpg

Amonbe Assosiasiyasının prezidenti Piter Qraf Şönborn (Peter Graf Schönborn) “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb.


XİN-dən Femida.az-a daxil olan məlumata görə, Almaniya Federativ Respublikasının vətəndaşı, “Amonbe” Assosiasiyasının prezidenti Piter Qraf Şönborn Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasını xahiş edib.

Məktubunda P.Şönborn Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşıya bilməyəcəyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, P. Şönborn Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfər ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. P.Şönborn həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

P.Şönborn müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Açar sözlər:

Oxunub: 703