Azərbaycanda istilik mövsümünün müddəti uzadıldı
20:53 23 Aprel 2020
Qazanxanaların qazla təminatı müddəti uzadılıb.
"Azəriqaz" İstehsalat Birliyindən Femida.az-a bildirilib ki, ölkə ərazisindəki qazanxanaların qazla təminatı 30 aprel 2020-ci il tarixinədək davam etdiriləcək.
Beləliklə, 25 aprel tarixində başa çatması nəzərdə tutulan istilik mövsümü daha 5 gün artırılıb. Müvafiq tədbirlərin görülməsi üçün Birliyin baş direktoru Ruslan Əliyev tərəfindən müvafiq strukturlara dərhal tapşırıqlar verilib.
Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasının respublika ərazisində geniş yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə xüsusi karantin rejimi may ayının 4-dək uzadılıb. Bu müddət ərzində insanların fərdi yaşayış evləri və mənzillərdən çıxışına məhdudiyyət qoyulub. Eyni zamanda, havanın orta sutkalıq temperaturunun aşağı olduğu müşahidə edilməkdədir. Azərbaycan Respublikası Energetika Nazirliyindən "Azəriqaz" İstehsalat Birliyinə daxil olan rəsmi məktubda qeyd edilir ki, bütün yuxarıda sadalanan hallar nəzərə alınaraq vaxtı 15 apreldən 25 aprelədək uzadılan istilik mövsümü daha 5 gün artırılaraq 30 aprel tarixinədək davam edəcək.
Femida.az
Oxunub: 672
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib