Ombudsman: "Ardıcıl iş günlərinin sayı yeddidən artıq ola bilməz"


12:16     24 Aprel 2020 20_04_24_1587717429.jpg

"Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirilərkən ardıcıl gələn iş günlərinin sayı yeddi gündən artıq ola bilməz".


Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səbinə Əliyeva “Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi”ni təqdim edən zaman deyib.

Ombudsman bununla bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əlavə təklif edib.

Əmək Məcəlləsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olması təmin edilir. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

Ombudsman hesab edir, bu halda iş və istirahət günlərinin ardıcıl olması təmin edilməlidir. Bununla yanaşı, işçilərin səhhəti və əmək funksiyaları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi imkanları da diqqətə alınmalıdır. / Report

Femida.az

Açar sözlər: #ombudsman   #iş  

Oxunub: 2287