Bəzi dövlət rüsumları azaldılır


15:53     24 Aprel 2020 yoxlama%20bank%20emanetcilerine1.jpg

Azərbaycanda və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri azaldılır.

Femida.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu 55 dollardan 25 dollara endirilir. Qayıdış şəhadətnaməsinin verilməsinə görə isə 10 dollar rüsum müəyyən edilir.

Qanunun hazırkı variantına əsasən, bunun üçün 40 dollar ödəmək lazımdır. Vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə rüsumun 150 dollardan 60 dollara endirilməsi təklif olunub.

Nikahın qeydə alınması üçün rüsumun 40 dollardan 10 dollara, adın, soyadın, ata adının dəyişdirilməsi üçün dövlət rüsumunun dərəcələrinin 50 dollardan 20 dollara salınması göstərilir.

Dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 717