Bələdiyyə işçiləri ilə bağlı Operativ Qərargaha müraciət olunacaq


16:33     24 Aprel 2020 2018/07/belediyye-sened-yoxlama-vekil-issiz_1532957378.jpg

Milli Məclisdə 9 minə qədər bələdiyyə işçisinin və qulluqçusunun maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsi təklif edilib.


Femida.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov çıxış edib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir:

“Onlar maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bununla bağlı biz Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcəyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 613