İmişlidə sürücü avtomobil tərəfindən vuruldu


19:22     24 Aprel 2020 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

İmişli rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un məlumatına görə, hadisə saat 16 radələrində İmişli-Otuziki avtomobil yolunun Otuz iki kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlu idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb düşən zaman hərəkətdən olan digər avtomobil tərəfindən vurulub.

Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətlər alıb. Hadisəni törədən avtomobilin sürücüsü isə qaçıb.

Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda qəza törədən avtomobilin axtarışları davam etdirilir.

Açar sözlər:

Oxunub: 752