Azərbaycanın 12 rayonunda yoluxma sıfıra enib


20:18     24 Aprel 2020 20_04_24_1587744633.jpg

Bəzi regionlar artıq koronavirusdan təmizlənib.


Femida.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib:

"Bu da ölkənin səhiyyə sisteminin gücündən xəbər verir".

Onun sözlərinə görə, hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.

Açar sözlər:

Oxunub: 720