Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir


20:49     24 Aprel 2020 20_04_24_1587747030.jpg

"Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir".

Femida.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, bugünkü test sayı 4127, ümumi test sayı 114.410 olub: "Ümumi yoluxma 1592-dir, 21 ölüm halı var. Vəfat edənlər arasında həkim həmkarımız da var, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Ölkədə ümumi sağalanların sayı 1013, aktiv xəstələrin sayı 558-dir. Hazırda reanimasiyada olan xəstə sayı 20 nəfərdir, onlar əsasən Mərkəzi Neftçilər Xəstəxanası və "Yeni klinika"da olanlardır".

R. Bayramlı deyib ki, gündəlik yoluxma hallarının sayında azalma meyli va: "Aprelin əvvəlində yoluxma pik həddə çatıb. 1 fakt 30-60 yoluxmaya səbəb olur. Sağalanların sayı yoluxanların sayını üstələyir, bu, müsbət dinamikadır. Əvvəlki günlər 200 test edə bilirdiksə, indi gündəlik 4000-6000 test edə bilirik.

Açar sözlər:

Oxunub: 675