Fransa Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərov barəsində qərarını alqışlayır


21:00     24 Aprel 2020 20_04_24_1587747708.jpg

Fransa səfirliyi Azərbaycan Ali Məhkəməsinin qərarını müsbət qiymətləndirib.


Femida.az -ın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Fransa Azərbaycanda müxalif siyasətçi İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun aprel ayının 23-də bəraət almalarını alqışlayır. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzərə alan beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən müsbət inkişafdır, - deyə Fransa səfirliyinin yaydığı açıqlamada bildirilib.

Açıqlamada o da qeyd olunur ki, Fransa Azərbaycan hökumətini beynəlxalq öhdəliklərə, xüsusilə də mətbuat azadlığı və məhkəmə müstəqilliyinə riayət etməyi davam etməyə çağırır.

Açar sözlər:

Oxunub: 864