İtaliyada son bir gündə daha 420 nəfər koronavirusdan ölüb


21:13     24 Aprel 2020 20_04_24_1587748505.jpg

İtaliyada koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin ümumi sayı təxminən 26 min nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin verdiyi açıqlamada qeyd olunur.

Məlumata görə, son 24 saat ərzində yeni növ koronavirusdan 420 nəfər ölüb.

İtaliyada virusa yoluxmuş insanların ümumi sayı gündəlik 3021 artımla 192 994-ə, müalicə olunanların sayı isə təxminən 60,5 minə çatıb, son bir gündə ölkədə 2922 xəstə sağalıb.

Açar sözlər:

Oxunub: 842