Türkiyədə pandemiya qurbanlarının sayı 2 600 nəfərə çatdı


21:45     24 Aprel 2020 20_04_24_1587750354.jpg

"Türkiyədə son sutkada daha 109 nəfər pandemiyanın qurbanı olub”.

Femida.az -IN məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 600 nəfərə çatıb.

Nazir həmçinin daha 3 122 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 104 912-yə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 21 737 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Açar sözlər:

Oxunub: 661