Bakıda mənzildən 3 min manatlıq oğurluq olub


11:04     25 Aprel 2020 20_04_25_1587798342.jpg

Bakıda mənzildən oğurluq olub.

Femida.az -ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu S. Rəhmanov küçəsində qeydə alınıb. Şəhər sakini E. Məmmədova məxsus mənzildən 450 manat pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri 1997-ci il təvəllüdlülər Mahir Mehdiyev və İlqar Həbibov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 507