Salyanda evdə partlayış baş verib, bir nəfər yaralanıb
12:43 25 Aprel 2020
Salyanda evdə partlayış baş verib.
APA-nın məlumatına görə, Salyan şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 34 yaşlı Zamiq Zakir oğlu Məziyev 3-cü dərəcəli yanıq xəsarəti ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Partlayışa səbəb evdə qaz sızması olub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxunub: 602
Oxşar xəbərlər
- Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
- Salyanda yol qəzasında xəsarət alan şəxslər xəstənada ölüb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır
- Salyanda traktorla avtomobil toqquşub, xəsarət alanlar var
- Salyanda avtomobil maneəyə çırpılıb, ana və övladları xəsarət alıb
- Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib
- Salyanda 14 yaşlı yeniyetmə itkin düşüb
- Salyanda iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb
- Salyanda baş verən qətlin bəzi təfərrüatları məlum olub