İndiyədək 162.217 muzdlu işçiyə 37 milyon manatdan artıq vəsait ödənilib
19:29 25 Aprel 2020
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabatı (24.04.2020 il tarixinə) açıqlayıb.
Femida.az-ın məlumatına görə, hesabatda bildirilir ki, indiyədək müraciət etmiş vergi ödəyicilərinin sayı 21.432, vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı isə 224.602 nəfərdir.
Müraciət edənlər üçün 77.982,8 min manat, o cümlədən, 1-ci ay 38.991,4 min manat (50%) ödənilməsi nəzərdə tutulur.
Faktiki olaraq 16.814 vergi ödəyicisinə, həmin vergi ödəyiciləri üzrə isə 162.217 muzdlu işçiyə ödəniş edilib.
Ödənilmiş vəsaitin məbləği 37.005,4 min manatdır.
Tədbirin icrası üzrə ümumilikdə 215,0 milyon manat vəsait nəzərdə tutulur.
Xatırladaq ki, bu ödəmələr koronvirus pandemiyasından zərər çəkmiş muzdlu işçilərə dövlət tərəfindən dəstək məqsədilə həyata keçirilir.
Femida.az
Oxunub: 762
Oxşar xəbərlər
- İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib
- İndiyədək qazi və şəhid ailələrinin 5,5 milyon manatlıq borcları ödənilib
- İndiyədək 2000-ə yaxın qaziyə əlillik təyin edilib
- İndiyədək peyvənd olunanların sayı açıqlandı
- İndiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
- İndiyədək 500-ə yaxın jurnalist vaksinasiyadan keçib
- İndiyədək Azərbaycanın 54, Rusiyanın 2, Ermənistanın 1 vətəndaşı minaya düşüb
- İndiyədək “ASAN xidmət”ə 42 milyon müraciət olub
- İndiyədək ölkə üzrə 62 398 tibb işçisi peyvənd olunub
- İndiyədək şəhid ailələri və Qarabağ əlillərinə 9 minə yaxın ev verilib