Su kanalında batan kişinin meyiti tapıldı


20:37     25 Aprel 2020 water_kanal_020512.jpg

Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun axtarışları başa çatıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, A.Hacıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 838