Türkiyədə bir gündə koronavirusdan 106 nəfər öldü


21:04     25 Aprel 2020 2020/04/koronn8_1586685836.jpg

Türkiyədə son sutka ərzində 106 nəfər koronavirusdan dünyasını dəyişib.

Femida.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 2861 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 2706, yoluxanlar isə 107 min 773 nəfərə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 894