Qonşu ölkədə koronavirusa yoluxanların sayı artdı


15:11     26 Aprel 2020 2020/03/koronavirus_1585572132.jpg

Son sutka ərzində Gürcüstanda daha 29 nəfərin yeni növ koronavirusa (COVİD-19) yoluxduğu aşkarlanıb.


Femida.az-ın məlumatına görə, bu barədə “StopCov.ge” saytında məlumat yerləşdirilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 485 nəfərə çatıb. Ötən sutka ərzində virusa yoluxan 83 yaşlı kişi həyatını itirib. Beləliklə, ölənlərin sayı 6 nəfərə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 869