“Nardarandakı hadisələr terrordur” - Allahşükür Paşazadə


19:07     03 Dekabr 2015 trend_allahshukur_pashazade_041115.jpg

"Nardaranda baş verən hadisələrin kökləri var. Bu köklər çox uzaqdan, xaricdən gəlir. Lakin xaric deyəndə qonşu dövlətləri nəzərdə tutmaq lazım deyil. Bu gün nə İran, nə də Türkiyə Azərbaycanda iğtişaş yaratmaq tərəfində deyil".


Femida.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanın ən böyük düşməni Ermənistandır.

A.Paşazadə hesab edir ki, Azərbaycanda bu hadisənin törədilməsində bəlkə də Ermənistanın əli ola bilər.

Nardarandakı hadisələrin onları çox məyus etdiyini deyən A.Paşazadə deyib ki, burada baş verənlərin dinlə heç bir bağlılığı yoxdur, bu, terrordur: "Bir qrup insanlar nardaranlıların dini inancından istifadə edirlər. Həmin adamlar da nardaranlı deyillər. Taleh kimi şəxslərin yanında olmaq nankorluqdur, dövlətimizə arxa çevirməkdir".

Açar sözlər:

Oxunub: 726


Oxşar xəbərlər