Peskov Putinlə bağlı maraqlı açıqlama verdi


16:32     26 Aprel 2020 putin9.jpg

Rusiya Prezidenti Vladimir Putin həmişə birgə işlədiyi mütəxəssisləri ekspert səviyyəsində başa düşməyə çalışır, eyni şey virologiyaya da aiddir.


Femida.az xəbər verir ki, bunu "Rusiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramında dövlət başçısının mətbuat katibi Dmitri Peskov söyləyib.

"Bu, onun iş prinsipləridir. O, hansısa mövzuya dalırsa, ekspertlərin əldə edə biləcəyi səviyyədə məlumatlar toplayır və bir çox cəhətdən mütəxəssis olur",- deyə Peskov bildirib.

O, Putinin son iclaslardan birindəki "bütün ölkə viroloqa çevrildi" zarafatını xatırlayıb. "Şübhə etmirəm ki, o, virusoloq olmaq yolundadır",- deyə Kremlin sözçüsü fikrini yekunlaşdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 746