Rusiya taxıl ixracını dayandırıb


19:15     26 Aprel 2020 20_04_26_1587914190.jpg

Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələri istisna ilə, iyulun 1-nə qədər xarici ölkələrə buğda, çovdar, meslin (buğda və çovdar qarışığı), arpa və qarğıdalının ixracını dayandırıb.

Femida.az -ın xəbərinə görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Rusiya bu addımı taxılın qiymətini stabilləşdirmək, ölkənin daxili tələbatını təmin etmək üçün atdığını açıqlayıb.

Açar sözlər:

Oxunub: 734