Gəncin başını balta ilə kəsənin MƏHKƏMƏSİ


19:15     03 Dekabr 2015 balta_014.jpg



Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib. Təqsirləndirilən şəxslər Mirələkbər Sətdarov və Xətai Şirinova Azərbaycan Respublikası CM-nin 120.1.2 maddələri (Qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.


Hakim məhkəminin tərkibini elan etdikdən sonra, iş üzrə şahid kimi tanınan Gündüz Səfərovun məhkəməyə məcburi qaydada gətirilməsi üçün Sabunçu rayon prokurorluğuna və digər aidiyyatı qurumlara müraciət edildiyini vurğuladı. Daha sonra hakim qeyd etdi ki, şahid kimi tanınan və məhkəmədə ifadə verməkdən imtina edən, Gündüz Səfərovun valideynlərinin yaşadığı evin ətrafında polis postu yerləşdirilib. Valideynlərinin polisə verdiyi məlumata görə, o bir neçə vaxtdır evə gəlmir.

Bundan sonra, təqsirləndirilən şəxs Xətai Şirinovun vəkili İkram Abdullayev vəsatətlə çıxış etdi. O, hadisədə şahid kimi Yusif Şərifovun və Svetlana Baxşəliyevanın dindirilməsini məhkəmədən xahiş etdi. Vəkilin vəsatəti təmin edildi.

Növbəti məhkəmə prosesində şahidlər dindiriləcək.
Daha sonra vəkil digər təqsirləndirilən şəxs Sətdarov Mirələkbərin psixoloji durumu ilə bağlı arayışları məhkəməyə təqdim etdi. Vəkil onun təkrar ekspertizadan keçirilməsinin və onun vəziyyətinin ağırlığını məhkəmnin diqqətinə çatdırdı. Vəkilin sözlərinə görə, balta ilə Nihat İsmayılovu öldürməkdə ittiham olunan Sətdarov Mirələkbər şizofreniya xəstəliyindən əziyyət çəkir. Məhkəmədən bun nəzərə almağı xahiş etdi. Məhkəmə bütün bunların araşdırıldıqdan sonra, qərar veriləcəyini dedi. Növbəti məhkəmə prosesi 10 dekabr tarixinə təyin edildi.
Xatırladaq ki, Mirələkbər Sətdarov və Xətai Şirinov 19 noyabr 2014- cü il tarixdə Nihat İsmayılovu xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunur.

Qeyd: Baş vermiş cinayətin tarixçəsini və ətraflı araşdırmanı sabah femida.az saytından oxuya bilərsiniz.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1727