Britaniyada gün ərzində 413 nəfər koronavirusdan ölüb


20:48     26 Aprel 2020 20_04_26_1587919770.jpg

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı gün ərzində 413 nəfər, yoluxma hallarının sayı isə 4463 nəfər artıb.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit naziri Corc Yustis bildirib.

Nazir qeyd edib ki, koronavirusdan ölənlərin ümumi sayı 20 732, virusa yoluxanların sayı isə 152 840 nəfər olub. Gün ərzində 29 mindən çox insan COVID-19 testindən keçib.

Açar sözlər:

Oxunub: 778