Bakıda aptekə silahla basqın edən şəxs tutulub - FOTO


09:27     27 Aprel 2020 20_04_27_1587965335.jpg

Bakıda aptekə silahla basqın edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən (BSBPİ) Femida.az-a verilən məlumata görə, aprelin 21-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən aprektlərdən birində üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

BŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub. Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 706