Bu yol təmir edildi


19:37     03 Dekabr 2015 axar.az1449138472t2.jpg

Binəqədi rayonunun iki küçəsi təmir edilərək sürücülərin ixtiyarına verilib.


Femida.az “Azəryolservis”in saytına istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən Ağasadıq Gəraybəyli küçəsinin köhnə asfalt-beton örtüyünün əvəzinə 2 qat olmaqla ümumilikdə küçənin 12845 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.

Anoloji işlər Səttar Bəhlulzadə küçəsində də aparılıb. Təmir-tikinri işləri küçənin Atatürk prospekti və Ağa Sadıq Gəraybəyli küçələri arasında yerləşən hissənində aparılıb. Sözügedən ərazidə 500 paqon metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6000 kvadrat metr əraziyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Qeyd edək ki, sözügedən küçələrdə təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, köhnə yeraltı kommunikasiya xətləri ( su, istilik, qaz, elektrik və rabitə ) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb.

Açar sözlər:

Oxunub: 776