Ötən gün yollarda karantin rejimini pozan 1397 nəfər cərimələnib


10:55     27 Aprel 2020 publika.az1438265867baki-yol-polisinden-xeberdarliq.jpg

Ötən gün respublika yollarında xüsusi karantin rejimini pozan şəxslərin sayı məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Femida.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Açar sözlər:

Oxunub: 606