300 uşaq onlayn müsahibəyə cəlb olunacaq


18:53     27 Aprel 2020 2018/06/mehebbet-veliyeva_1528795807.jpg

İlkin mərhələdə tədrisi digər dillərdə olan məktəbəhazırlıq qruplarına qəbul üçün ölkə üzrə 300 uşağın onlayn müsahibə mərhələsinə cəlb olunması planlaşdırılır.

Femida.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Nazirlər Kabiteni yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

"Bunun nəticəsində texniki imkanlar müəyyənləşdiriləcək, həm də təcrübədən keçirəcəyik ki, onlayn müsahibə uşaqların psixologiyasına necə təsir göstərir. Əgər bu, müsbət effekt verəcəksə, o zaman biz 8000 uşağı da onlayn sistemlə müsahibədən keçirəcəyik", - deyə nazir müavini qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 856