İtaliyada koronavirusdan ölüm və yoluxma azalır


20:08     27 Aprel 2020 2020/03/koronavirus_1585572132.jpg

İtaliyada son bir gün ərzində daha 333 nəfər koronavirusdan ölüb.


Femida.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 26 977 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 1 739 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 199 414-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 66 624 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1204