Avropada turizmi dirçəltmək üçün plan hazırlanacaq


20:15     27 Aprel 2020 seyahet%20turist.jpg

Avropa İttifaqı (Aİ) koronavirus pandemiyasından sonrakı dövrdə turizm sektorunu dəstəkləmək üçün tədbirlər planı hazırlamalıdır.


Femida.az xəbər verir ki, bu barədə üzv ölkələrin aidiyyatı nazirləri arasında bu gün keçirilən videokonfransdan sonra Avropa İttifaqı Şurasının verdiyi açıqlamada bildirilir:

“Nazirlər pandemiyadan sonra turizmin səmərəli şəkildə bərpası üçün həm milli, həm də Avropa miqyasında görülməsi vacib olan yeni qabaqcıl tədbirlərin lehinə fikir bildiriblər”.

Qeyd edək ki, hazırda Aİ-nin ən nüfuzlu üzv ölkələri karantin rejiminin mərhələli şəkildə ləğvinə hazırlaşır. Avropa Komissiyasının tövsiyəsinə görə bu işlər tədricən görülməli, sərhədlərin açılması və səfərlərə icazə verilməsi isə ən son mərhələyə nəzərdə tutulur. Məsələn, Belçikanın karantinlə bağlı milli planı Aİ-dən kənara səyahətlərin payız aylarınadək bərpa olunmayacağı ehtimalı üzərində qurulur. Həmçinin ÜDM-in 20 faizinin turizm hesabına formalaşdığı Yunanıstanın turizm naziri Haris Teoharis də hazırkı şəraitdə turizmi dirçəltmək üçün xüsusi müvəqqəti qaydalar hazırlayacaqlarını bildirib.

Ötən gün Avropa Səyahətlər Agentliyinin (ETC) icraçı direktoru Eduardo Santander Avropada turizm sektorunu dirçəltmək üçün 375 milyard avroluq vəsaitə ehtiyac olduğunu bildirmişdi. Bunun 255 milyard avrosunun üzv ölkələrə yardıma, qalan 120 milyardının isə turizm operatorlarına yardım məqsədilə sərf olunacağını qeyd etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 723