Bakıda aptekdən oğurluq etmək istəyən şəxs saxlanılıb


12:25     28 Aprel 2020 hebs.jpg

Bakıda aptekdən oğurluğa cəh edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-A verilən məlumata görə, aprelin 27-də saat 5 radələrində Xətai rayonu ərazisindəki apteklərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gedib, oradan oğurluğa cəhd göstərən Yevlax rayon sakini X.Mustafayev saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 787