Saytların gizli reklam oyunları, yoxsa müflisləşən şirkətlər?


19:30     22 May 2015 marka.jpg

Əmanət xəyanəti ilə istintaqa cəlb edilən iş adamları xəbərləri son günlər müzakirə mövzusudur.
Mediada bununla bağlı müxtəlif fərziyyələr irəli sürür.


Femida.az həbslərlə bağlı yazıların monitorinqini aparmağa davam edir.

Dərc edilmiş bir yazıda qeyd edilir ki, “oliqarxlar sahib olduqları mülkləri dəyər-dəyməzinə sataraq borclarını qaytarmaq üçün hərəkətə keçiblər. Həmçinin onlar mağazalarındakı bahalı malları da ucuz qiymətə satdırırlar. Həmin ticarət mərkəzlərində çalışan işçilərin çoxu uzun müddətdir ki, maaşlarını da ala bilmir.”

Yazıda qeyd edilir ki, Milli Parkda yerləşən "Park Bulvar" ticarət mərkəzində də hazırda həbsdə olan bir neçə biznesmenin mağazaları var ki, hazırda həmin mağazalarda geyim malları "su qiymətinə" satmağa başlayıblar.

Hətta mənbə bununla bağlı "Park Bulvar"da manitornq keçirib.

“Elə içəri daxil olarkən 1-ci mərtəbədə yerləşən iki mağazanın bağlanmasının şahidi olduq. Üzərində "Mağazanın daşınması ilə əlaqədar olaraq son endirim" sözləri yazılsa da, həmin mağazalar bağlı idi. İçəridə bundan öncə hansı malların satıldığını müəyyənləşdirməyə çalışsaq da, heç bir nəticə çıxarda bilmədik”.

Yazıda qeyd edilir ki, hətta may ayının 15-dən etibarən bəzi mağazalarda endirimlər başlayıb.

"Girandola" uşaq geyimləri mağazasında 70 %, "Manqo", "İnci", "Karen Millen" kimi brend ayaqqabı və geyimlərin satıldığı mağazalarda mayın 15-dən 50-40 % endirimlər var idi. Bəzi mağazaların üzərində endirim olduğu qeyd edilməsə də, malların əksəriyyəti yarı qiymətlə satılır”.

Araşdırmamız onu sübut edir ki, "Park Bulvar"da hansısa endirim kampaniyasından söhbət gedə bilməz. Bu praktika da tez-tez rastlanan gizli reklam kampaniyasıdır. Adıçəkilən firmalar dünyada tanınmış, orta təbəqə üçün nəzərdə tutulmuş marka şəbəkələridir. Həmin firmaları ölkəyə gətirən iş adamları isə Türkiyə vətəndaşlarıdır. Yəni, məqalədə deyildiyi kimi şirkət sahibləri kredit borcu olan azərbaycanlı iş adamları deyil. Şirkətlərin məqsədi isə. bu yolla alıcı cəlb etməkdir.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1103


Oxşar xəbərlər