“Azəriqaz” yalan məlumatlarla bağlı DİN-ə müraciət etdi
16:12 28 Aprel 2020
“Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı telefonoqramda son günlər sosial şəbəkələrdə təxribat xarakterli məlumatların yayılması əksini tapıb.
İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, müraciətdə sosial şəbəkələrdə “Azəriqaz” haqqında yalan məlumatların yayıldığı bildirilir.
“Youtube”, “Facebook” sosial şəbəkələri və “WhatsApp”, “İnstagram” messencerlərində naməlum şəxs (və ya şəxslər) tərəfindən həqiqətə uyğun olmayan “Azəriqaz smart-karta edilən son ödənişləri sizə geri qaytarır” kimi yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib.
"Buna görə də ölkə üzrə fəaliyyətinə icazə verilən bəzi marketlərdəki “E-manat”, “MilliÖn” və s. ödəmə terminalları qarşısında aprelin 26-sı gecə saatlarında karantin rejiminin tələbləri pozulmaqla ciddi sıxlıq və növbələr yaranıb.
Müraciətdə bildirir ki, tövsiyə olunan yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsurun yaranması, kartların bloklanması və yararsız hala düşməsi, eləcə də Birliyə və istehlakçılara maddi ziyanın vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu kimi təxribat xarakterli məlumatların yayılmasının qarşısının alınması məqsədilə, təqsirli şəxs(lər)in dairəsinin müəyyən və məsuliyyətə cəlb edilməsi üçün Nazirlikdən qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsinə göstəriş vermək xahiş olunur".
Femida.az
Oxunub: 927
Oxşar xəbərlər
- “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiqi ilə bağlı cinayət işi başlanıb
- “Azəriqaz”: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur”
- “Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
- “Azəriqaz” MTK-larda yaşayan sakinlərə müraciət edib
- “Azəriqaz” media mənsubları üçün “Açıq qapı” aksiyası keçirəcək
- “Azəriqaz”ın əməkdaşlarına xəsarət yetirilib
- “Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara özü zəng edəcək
- “Azəriqaz”ın rəhbərliyi şəhid ailələrinə baş çəkib
- “Azəriqaz” ödənişlərlə bağlı vətəndaşlara müraciət etdi
- “Azəriqaz”: Qaz çəkilişi heç bir rüsum və üçün ödəniş tələb edilmir