Müəllimlərin işə qəbulu üçün müsahibə bu tarixdə keçiriləcək
17:48 28 Aprel 2020
Mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçiriləcək.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, onlayn müsahibələrdə iştirak etmək üçün aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdiriləcək.
Namizədlər təlimatla tanış olaraq 1 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Müsahibədə iştirakı təsdiq etmək üçün şəxsi səhifəyə əlavə edilmiş hissəyə elektron ünvan daxil edilməlidir. Məhz həmin elektron ünvana göndərilmiş keçid linki vasitəsilə namizəd videozəngə qoşulacaq. Bundan sonra hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.
Müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edəcək. Digər rayon və şəhərlərdə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin də onlayn müsahibələrdə iştirakına şərait yaradılacaq.
Femida.az
Oxunub: 995
Oxşar xəbərlər
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Ağır qəzaya düşən müəllim xəstəxanada ÖLDÜ - FOTO
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- DİN-in Polis Akademiyasının professor-müəllim heyətinin maaşlarına əlavələr olacaq
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllim olmaq istəyənlərə şad xəbər - QAYDALAR DƏYİŞDİ
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Universitet müəllimi qiymət qarşılığında qızları soyundurub? - ÖZÜ DANIŞDI
- Bakı Avropa Liseyinin müəllimi qəflətən vəfat edib