ASAN könüllüləri tənha yaşayan xəstələrə dərmanlar payladı


11:08     29 Aprel 2020 20_04_29_1588144159.jpg

Mingəçevir regional “ASAN xidmət” mərkəzinin könüllüləri karantin rejimi ilə əlaqədar şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti ilə birlikdə ahıl və tənha yaşayan şəkərli diabet xəstələrinə dərmanlar paylayıblar.


Femida.az xəbər verir ki, könüllülər tibb işçiləri ilə birlikdə şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, onların dərman preparatları, özünənəzarət vasitələri ilə təmin edilməsi və s. köməklik göstəriblər.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilmiş xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunub və onlar üçün sosial xidmətlərin təşkili həyata keçirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 810