Türkiyədə məktəblər mayın 31-dək bağlı olacaq


13:38     29 Aprel 2020 20_04_29_1588153147.jpg

Türkiyədə koronavirusun yayılması səbəbilə məktəblərin bağlanmasından sonra başladılan distant təhsil 31 maya qədər davam edəcək.



Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Selçuk açıqlama verib.

“Distant təhsilinin mayın 31-dək davam edəcəyi qərara alındı. Distant təhsil hazırda əlimizdə olan yeganə seçimdir. Bütün övladlarımızdan və valideynlərdən xahişim distant təhsili davam etdirməkdir. 16 Mart 2020-ci il tarixindən etibarən məktəblərin bağlanmasından sonra bir həftədən də qısa müddətdə distant təhsili başlatdıq”, - deyə nazir bildirib.

O qeyd edib ki, əsas diqqət imtahanlara hazırlaşan şagirdlərə yönəlib: “İmtahana hazırlaşan tələbələr ən həssas mövzumuzdur. 11 və 12-ci siniflərdə oxuyan şagirdlərimiz tərəfindən süni intellektlə dəstəklənən təhsil sisteminə sıx tələb var. Deyə bilərəm ki, EBA akademik dəstək platformasına daxil olan tələbələrin sayı 1 milyona yaxınlaşır”.

Xatırladaq ki, Türkiyədə koronavirusun yayılması səbəbindən martın 16-dan etibarən bütün tədris müəssisələrində təhsil dayandırılıb.

Açar sözlər:

Oxunub: 758