Ağacların dibini betonlayan şirkət cəzalandı


18:43     29 Aprel 2020 2020/04/1588170294590_1Y5YBacu_1588171488.jpeg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Bayıl qəsəbəsi, Ziya Yusifzadə ünvanında ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib.


Bu barədə Femida.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O qeyd edib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan "Sabah Residens” MTK tərəfindən 16 ədəd müxtəlif cinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub və "Sabah Residens” MTK hüquqi şəxs qismində 4000 manat məbləğində cərimə edilib.

Nazirliyin sözçüsü bildirib ki, ağacların dibinin təmizlənməsi ilə bağlı MTK-ya nazirliyin əməkdaşları göstəriş verib və ağacların dibini şirkətin işçiləri betondan təmizləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 968