Ağdamda 3 top mərmisi tapılıb


20:16     29 Aprel 2020 2020/04/0375EBEC-5B60-4EF0-8970-52B2E0A94463_1588177374.jpeg



Aprelin 29-da saat 12:33-də Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsindən və saat 13:20-də ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Qərvənd kəndi ərazisindən keçən Xaçın çayın yaxınlığında mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Femida.az-a verilən məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd 85 mm-lik top mərmisi (OF-416) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 2 500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 873