Rusiyada terror hadisəsinin qarşısı alınıb, 3 yaraqlı öldürülüb


09:42     30 Aprel 2020 20_04_30_1588224029.jpg

Rusiyanın FSB əməkdaşları Yekaterinburqun Çkalovski rayonunda anti-terror əməliyyatı keçirərək planlaşdırılmış terror hadisəsinin qarşısını alıb. Əməliyyat zamanı 3 yaraqlı öldürülüb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcədən hazırlanmış terror aktının qarşısı vaxtında alınıb.

Əməliyyat zamanı ərazidə kustar üsulla hazırlanmış partlayıcı qurğular, silah və sursat aşkarlanıb.

Açar sözlər:

Oxunub: 646