Bakıda aptekə basqın edilib


09:45     30 Aprel 2020 hebs7.jpg

Bakıda aptekdə əczaçıya qarşı soyğunçuluq törədilib.

Femida.az -ın məlumatına görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən aptekdə qeydə alınıb.

Naməlum şəxs əczaçını hədələyərək aptekdə olan 106 manat dəyərində məhsulu götürüb.

Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini, 1999-cu il təvəllüdlü E. Nurməhəmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 716